Farsların Digər
Millətləri Təhqir Etmə Kompleksinin
Təşəkkülünə Dair
Tarixi Bir Baxış
Oğuzhan Ataman
Bir millət niyə başqa
millətləri təhqir edər? Bunun altında nə
yatmaqdadır? Əcəba bu psixologiya bir millətin ruhuna
işləmiş geri qalmaqdan və özünü həqir hissetmə
kompleksindən mı qaynaqlanır?
Farsların digər
millətləri təhqir etməsi xususiylə geçən
yüzildə öz üzünü göstərmişdir. Pəhləvi
sülaləsinin iş başına gəlməsiylə İran
tarixində mühim rol oynamış Türklərə
qarşı amansız təxribat və təhqir
başlamışdır. Bu təxribat və təhqirin çox
ağır olduğu, Türk dilinin gadağan edilməsi, mədrəsələrde
bu dildə danışanlara cəza verilməsi və heyvan
muamələsi görməsi kimi misallar tarixdə öz yerini
almış və Türk millətini dərindən
yaralamışdır.[1] Asiya, Avropa və Afriqa`da böyük
devlətlər quran Türklərə qarşı həyasız
bir şəkildə uyğun olmayan sifətlərin
işlədilməsi, 2006`da İran gazetində buraxılan
yazıdaki kimi hamam böcəyinə bənzədilmələri
və başları əzilməsi gərək olan bir
varlıq kimi göstərilməsi və bunlara bənzər
onlarca təhqir artıq Farsların bizə olan
baxışını anlamaq üçün yetərlidir.
Keçmişə göz
atdığımızda Farsların təhqirinə məruz
qalanın fəqət biz Türklər olmadığı,
başqa millətlərin də bundan nəsibini
aldığı görülməkdədir. Sasani sülaləsinin qurucusu
Ərdəşir, son Əşkani hükümdarı Ardavan`a
qarşı isyan elədikdən sonra Əşkani
padişahının O`na Kürd çadırlarında
yetişmiş birisi olaraq xitab eləməsi ve Kürdləri
də təhqir eləməsi İslam qaynaqlarında qeyd olunmuşdur.[2] Bu da o deməkdir ki
Farsların təhqir eləmə kompleksi çox qabaqlarda
təşəkkül etmiş və bizdən qabaq başqa
millətlərin alnına yapışdırılmışdır.
Farsların
Ərəblərə olan baxışları da bilinən bir
məsələdir. İran`da Fars hakimiyətinə son
verən və uzun illər oraya hakim olan Ərəblər
də bu təhqir oxunun bir başqa hədəfi olmuşlar
və onların nəfrət hissindən qurtula
bilməmişlər.
Bu təhqir kompleksi nə
şəkildə təşəkkül etmiş olabilər?
Bu mövzüdə
mədəniyətin muxtəlif mühim qollarında, öz
ətrafındaki xalqlardan geri olduqlarını görən Farslar
bu aşağılıq kompleksinə qapılmış
olabilərlər:
1. Bilindiyi kimi Aria
kələməsinin kökünün əkinçiliklə əlaqədar
olduğu [3], əkinçiliyin Arialar arasında çox
sevilən və müqəddəs sayılan bir məslək
olduğu irəli sürülmüşdür.[4] Özlərini Ariayi olaraq adlandıran[5] və bu kökdən
gəldiklərinə iftixar edən bu cəmiyət bugünkü
İran topraqlarına gəldikdən sonra özlərindən çox
qabaq və inkişaf eləmiş bir mədəniyət ilə
qarşılaşdılar. Ziraət və əkincilikdə
çox inkişaf etmiş, dönəmin yüksək texnologiyasına
sahib və irəli səviyyədə olan məlumat ve
metodlara hakim cəmiyətlərlə
qarşılaşdıqları zaman yəqin ki özlərinə
Aria adını verməkdən utanmışdılar.
Sümer-Babil, Asur və Elam mədəniyəti bu irəli
səviyədə olan mədəniyətlərin başında
gəlməkdə idi. Böyük və geniş sulama kanalları
və əkinçilik alətləri yüzillər qabaq bu xalqlar
tarafından icad edilmiş və işlənmişdir.[6] Misal olaraq bugün Əhvaz ilə
Şuş arasında şəkər zəmiləriylə
məşhur Hafttepe məntəqəsindəki böyük su
kanalının haqsız olaraq Dariuş adlandırıldığı,
ondan 700 il qabaq Elam kralı Untaş-Napirişa dönəmində
düzəldiyi[7] numunəsindən yola çıxaraq
Elamlarda sulama tekniklərinin nə qədər inkişaf
elədiyi ortaya çıxmışdır. Qeyd etməyə
dəyər ki əkinçilikdə Farsların icadı olduğu
irəli sürülən qənat sistemi bəzi bilim adamlarına
görə Mannalardan alınmış və öyrənilmiş bir
mövzüdür.[8] Bu metodun ilk defa M. Q. 2. minillikdə
Məkkə və Uman`da görüldüyü önə sürülməkdədir.[9] Bu topraqlar və irəli
mədəniyəti Farslarda geri qalmışlıq kompleksinin
təşəkkül etməsinin birinci səbəbi olabilər.
2. Farslar və Madlardan
əldə edilən maddi mədəniyət
əsərləri (memari əsərlər, sikkələr,
qaya qabartmaları vs.) dərin və yaxşı tədqiq
olunduğu zaman məntəqədəki qabaqcıl
mədəniyətlərin çox dərin təsirlərinə
məruz qaldığı görülür.[10] Lulubi, Elam və Asur`un dərin
təsirlərinə məruz qalan Həxaməniş
əsərləri, Əşkani və Sasani
əsərlərinə buraxdığı təsir
səbəbiylə adları çəkilən qabaqcıl
kültürlərin təsirini onlara intiqal vermişdir.
3. Farsların (İrani
boyların) yazı ənənəsi olmadığı,
Əvesta`nın yüzillər boyunca sinədən sinəyə
əzbərlənərək gəldiyi, bu səbəbdən
ötürü Sasanilər zamanında artıq anlaşılmaz olduğu
və onlara təfsir mahiyətində olan Zənd kitabları
yazıldığı irəli sürülməkdədir. [11] Hətta Abel Nou, bütün Zərdüşti
ədəbiyatının İslami dönəmdə
qələmə alındığına dayanarq Sasanilər
dönəmində belə yazı ənənəsinin var
olmadığını iddia etməktədir.[12] Həxaməniş
yazıtlarının əlifbası və yazı uslubu
isə Farslarda dərin bir yazı kültürünün
olmadığını, bu mixi yazının isə
Dariuş`un əmriylə, hecə səstemli olmayan Arami
əlifbası əsas alınaraq Arami katiblər
tərəfindən icad edildiyini göstərməkdədir.[13]
Oysa onlardan minillər qabaqdan məntəqəmizdə yazı
kültürü inkişaf eləmiş və yüksək
səviyyələrə çatmışdır. Sasanilər və
İslam dönəmində Zərdüşti
ədəbiyatının sürətlə qələmə
alınması isə kitablı dinlər olan
Xıristiyanlıq, Manilik və İslamiyət`in qarşısında
zayıflıq hissedən dinadamlarının bir təpkisi
şəklində yorumlanmaqdadır. [14]
4. Sasanilər dönəmində
Zərdüştiliyin ağır zülmlərinə qatlanan kütlə
və alt sınıflar İslamiyət`in gəlişiylə
dörd əllə bu dinə sarıldılar ve qönüldən bu dini
qəbul elədilər. Bu şəkildə bol sayıda dini
terminlər və ictimai-siyasi istilahlar Ərəb dilindən
Fars dilinə keçdi və bu dilə kökdən və dərin
bər təsir buraxdı. Yazı sistemi isə Əvesta
və Pəhləvi yazısından Ərəb
əlifbasına dəyişdirildi. Bunlar isə Farsların
Ərəblərdən nəfrət etməsinə və
onları xor görmələrinə səbəb olmuşdur. Oysa
Zərdüştilik İran için uyğun bir din
olmamışdır. Bir çox araşdırıcı
Zərdüştiliğin Orta Asiya`ya munasib bir din olduğunu,
xususiylə Sasanilər dönəmində artıq xalqın bu din
muəssəsəsindən nəfrət ettiği və
İslam`ın heç bir ciddi muqavəmət ilə
qarşılaşmadan xalqın içində yeyin bir
şəkildə yayıldığını əfadə
etmişlərdir.
5. Türklərin dünya
mədəniyətinə elədiyi təsir baxımından
tarixdə iki mövzüdə mühim rol oynadıqları ifadə
edilməkdədir: 1. Heyvançılıq, 2. Dövlətçilik. [15] Ərəblərin Sasaniləri
yıxdıqdan sonra Türklərin İran`da hakimiyəti
ələ geçirmələri və sələfləri Hunlar
və Göy Türklər kimi çox böyük və geniş imperiyalar
yaratmaları artıq bu topraqlarda Fars hakimiyətinin
zamanının geçdiyi intibaını
oyandırmışdır. 18. əsrin qayanqlarında Türk
kültürünün İran`da üst kültür olduğu görülməkdədir.
Türklərin uzun yüzyıllar boyunca İran`a hakim olması
iqtidar odunda yanan Farslarda da mənfi hisslərin yaranmasına
səbəb olmuş olabilər.
Kültür durağan bir varlıq
deyildir. Həyatı boyunca bir çox şeylər alır və
bir çox şeyi də geridə buraxır. millətlər tarix
boyunca aldığı təsirləri kültürünə uyğun bir
şəkildə bir sentezə tabe tutub bir sürəklilik və
devamlılıq vucuda getirirlər. O təsirlər o zamanda bir
boşluq və ehtiyac nəticəsində o kültürə
girmiş və o ehtiyaca cavab verməyə
çalışmışdır. Ona göre alıntı kültürəl
unsurların bir zənginlik olduğu düşünülməktədir.
Necə ki Türklər də tarixlərinin bəzi
dönəmlərində Çin və İran kültürlərindən
dərin təsirlər almışlardır. Bunlar zaman boyunca
kültürümüzə mal olmuşdur. Ancak bunlar bizdə o
kültürlərə qarşı bir nəfrət və üstünlük
hissi oyandırmamışdır.
İrani boylar mitolojisində
insanlığa düşmən olan və çiyinlərində iki
ilan bitən Zəhhak əfsanəsi yer almaqdadır. Hər
gün iki insan yiyən bu əcayib məxluqun əslində
İrani boyların bir bölgəni istila edərkən
savaşdıqları yerli xalqlar olduğu irəli
sürülmüşdür. [16] Zərdüşti inancında isə bütün
qorxunc ruhlara, sürüngən heyvanlara və iyrənc məxluqlara
xərfester deyilir. Bu xərfester`lərin de Gatha`larda bəzi
gruplara itlak edildiyi görülməkdədir.[17] Bəzi alimlər xususiylə Hindlərin
ən qədim əsəri olan Rig Veda`da və İrani
boylarının ən qədim əsəri olan Əvesta`da
geçən Aria kələməsinin yerli xalqa görə üstünlük,
nəciblik və əsalət bildirdiyini ifadə
etməkdədirlər.[18] Bu yerli xalq isə İran`da Elam və
Manna xalqları və Hindistan`da Harappa və Mohenco Daro kimi
yüksək səviyyəli kültürlərin
yaradıcısıdır. Yuxarıda deyildiyi kimi Arialar kültür
baxımından bu yerli xalqlardan çox aşağı
səviyyəde olmuşlardır.
Bu kimi üstünlük
düşüncələrinə İran tarixində çox rastlanır;
ancak bunların çoxu xəyali və yuxarıda da
göstərilməyə çalışıldığı kimi
aşağı seviyyədə hissetmənin gətirdiyi
komplekslərin nəticəsidir. Hər millət
yaşadığı dönəmin şərtlərinə
baxaraq o zamankı həyat tərzini uyğun görməli və
qəbullənməlidir. Çünki yaşadıqları coğrafiya
o həyat tərzinə imkan verməktədir. əkincilik üçün
əlverişli yerlər, Bozqır (step), vahe ve çöl
fərqli həyat tərzlərinin ortaya çıxmasına imkan
verirlər. Bəzi bilim adamları əkinçiliyin, bəzi bilim
adamları isə heyvancılığın üstün həyat
tərzi olduğunu önə sürsə də dünya
mədəniyəti bir bütündür və Arnold Toynbee`nin də
ifadə etdiyi kimi bu nöqtəyə gəlməsində bütün
kültürlərin rolu vardır. Birisini aşağı, birisini
yüksək qəbul etmək doğru deyildir..
[1] Geniş
bilgi üçün bxz: CAMİ: Gozaşte Çerağ-e Rah-e Ayande Ast, Qoqnus
Nəşriyatı, Tehran 1988, s. 268-279
[2]
Təbəri, Tarikh-e Təbəri, 2. cild, s. 583, www.golshan.com;
Schəppmann Klaus, Mabani-ye Tarix-e Sasanian, Furuzan
Nəşriyatı, Tehran 2007, s. 16
[3] Frye
Richard Nelson, Miras-e Bastani-ye İran, Enteşarat-e Elmi-Farhangi
Nəşriyatı, Tehran 2006, s. 31
[4] Həbibi
Əbdolhəyy, Tarikh-e Mokhtəsər-e Əfqanestan, www.alamahabibi.com, s. 9
[5]
Dariuş`un Nəqş-e Rüstəm
Yazıtı, 14-15.sətirlər; Dariuş`un Şuş e
yazıtı, 12-14. sətirlər; Xəşayarşa`nın
Persepolis h yazıtı, 12-13. sətirlər, www.avesta.org
[6] Zehtabi
Muhəmməd Təqi, İran Türklərinin Esgi Tarixi,
Əxtər Nəşriyatı, Təbriz 1997,kitabın bir çox
yerində bu məsələ üstündə durulmuşdur.
[7] Hinz
Walter, Donya-ye Gomşode-ye İlam, Enteşarat-e Elmi-Frahangi
Nəşriyatı, Tehran 1992, s. 22
[8] Hinz
Walter, Dariuş və Parsha, Əmir Kəbir
Nəşriyatı, Tehran 2001, s. 53
[9] Lendring
Jona, Qanat, 4. paraqraf, www.livius.org
[10] Bu
konuda Bxz: Purpirar Naser, Davazdah Qarn Sukut, Baramadan-e
Həxaməneşian, Karəng Nəşriyatı, Tehran 2000,
kitabın bir çox yerində bu mövzü üstündə durulmuşdur.
[11] Nyberg
Henri Samuel, Dinha-ye İran-e Bastan, Markaz-e İrani-ye Moyalee-ye
Farhangha Nəşriyatı, Tehran 1980, s. 1-17
[12] Age,
s. 13
[13] Wiesehöfer
Jozef., İran-e Bastan, Qoqnus Nəşriyatı, Tehran 2004, s.
26-27
[14] Nyberg
H. S., age, s. 425-429
[15] Rasonyi
Lazslo, Tarihte Türklük, Türk Kültürünü Araştırma Enstitüsü
Nəşriyatı, Ankara 1996, s. 4
[16] Bahar
Mehrdad, Pajuheşi dar Asatir-e İran, Agah Nəşriyatı,
Tehran 1997, s. 191
[17] Nyberg H.
S., age, s. 193
[18] Aştiyani
Cəlaləddin, Arians and Iranians, s. 53-54