Azərbaycan Milli Hərəkatında
Bir Addım İrəli,
İki Addım Geri!
1-ci bölüm:
Ön söz yerinə

EldarQaradağlı
Son zamanlarda Azərbaycan Milli Hərəkatı içində ortaya çıxan ülküsəl (ideolojik) çalarların yüksəlişinə tanıq olmaqdayıq. 1990-ci ildən üzübəri yüksəlişdə olan millətləşmə çabaları son zamanlar inhisarçı duyğuların dərin təhlükəsilə üzləşməkdədir.
Düşüncə və iş birliyinə möhtac olduğumuz bir zamanda, dərin qurup bataqlığına cummaqda olan bəlli quruplar, Azərbaycan Milli Hərəkatının (AMH) bütövçülük ruhunu süngü hədəfinə alaraq bir addım irəli, iki addım geri kaosu yaratmaqdadırlar. Bu dostlar, yalnızca öz dar düşüncələrinə dayanaraq, bir gün iranlı, başqa gün turanlı, bir başqa gün isə güney milləti (!!!?) olmaqla uğraşırlar. Onlar, elə düşüncə bulanımına tuşlanıblar ki, gərçəkdən yardıma ehtiyacları vardır. Ancaq, hər yardımdan öncə oturduğu boz buludlardan yerə yenməyi bacarmalıdırlar. Yoxsa bu uşaqlıq ədabazlıqlarıyla və onun-bunun gördüyü işləri mənimsəməklə sonu çox kötü olan yola düşdükləri gün kimi aydın görünməkdədir. Yarım rəsmi bir toplantı iştirakından sərməst olaraq, Biz millət olduq, artıq ifadəsini qullanan qurup liderinin bu sözləri, hansı aydın düşünürü səssiz saxlaya bilər!? Sözsüz ki, bir qurup özünün simgələrini yaratmaq üçün, qurup içi müzakirələr aparar, ortaq simgələr seçər və qurup dışından kimsənin də ona etiraz etmək haqqı ola bilməz. O qurup, hədəfi doğruntusunda ideya, strateji və taktiklər ortaya qoyar, onu savunar, yayımlar və geniş tanıtım alanları yaradar. Bunlar olduqca doğal və sorqusuzdur. Ancaq haman qurupun daha da irəli gedib tək başına bir millət adından danışması gözlənilməzdir. Bir millətin tərəfindən danışmaq çox böyük məsuliyyətdir, bu məuliyyətin varolan quruplar içində araşdırılması və ortaq görəvə çevrilməsi ən doğru seçənəkdir. Belə olan durum təkcə güc mərkəzinin yaranması demək deyil, həm də doğru baxış açısının yaranması və genişlənməsidir. Dağınıq qurup tipindən ortaya qonan bir gecəlik ölkə bayraqları, ölkə adları, ölkə liderlərindən bu əsir torpağa və millətə fayda olomayacaqdır. Bir gecədə millət yaratmaq həvəsinə düşənlər, özləri də bilmədən formalaşmaqda olan Azərbaycan Milli Hərəkatı (AMH) İdeolojisini darma-dağın etməyə can atmaqdadırlar. Onlar, Azərbaycan Türklüyünün Millət olma sürəcinin uzun sürməsindən (19-cü yüzillikdən sürməkdədir.) darıxaraq, öz kiçik dünyalarında millət yaratmaq çabasına əl vurmaqdadırlar. Bu vətəndaşlar, özlərini isbatlamaq üçün bilimsəlliyə və ulusallığa daban-dabana qarşı olan soloqanlar və terminlər yaradırlar. Öz duyğusallıqlarıya Gülüstan və Türkmənçay muqavilələrini əbədiləşdirmək istəyənlərə yardımçı olurlar. Bu arxadaşlar özləri bilmədən belə bataqlığa düşür və ardıca başdan-ayağa milli həyəcanda olan gəncliyimizi də düşüncə böhrannına sürükləndirirlər.
Kimsəyə gizli deyik ki, ulu millətimizin gənc kəsimi bütün sosiyal qatlardan daha artıq özgəlik çəmbərindən qurtarmaq çabasındadır. Gəncliyimiz, nə qiymətə olursa-olsun, millətimizin və torpağımızın bir an Panfaşizm fars şovinizmi basqısından qurtarmasını istəyir. Bu böyük milli savaşda gəncliyimizin yeri bəllidir. Gənclik həyəcanlıdır, tez qaynayar, radikalaşar və bir anlamda qurtuluşçu olar. Bu özəlliklərin ən təməl açarı isə gəncliyin doğal olması və inandığına inad bəslədiyidir. Kəsinliklə AMH-nın gənclik üzərində dayanması Ölkəmizin gələcəyinin qarantısıdır. Ancaq gərəkən olası şərtlərin olğunlaşması, ən başda gələn ana ideya olaraq unudulmamalıdır. Yırtıcı düşmən Azərbaycan Türklüyü üçün qutsal olan bu savaşa İran içi macera və avantorizm köynəyi geydirmək çabasındadır. Fars şovinizminin təkcə nəcat yolu AMH-nı ölkə içində sıxışdırmasıdır. Sözsüz ki, panfarsist teoriçilərin bu yolda böyük təcrübələri olmuşdur. Panfarsist düşünürlər keçmiş təcrübələrə dayanaraq, Azərbaycan türk düşünürünü yalnışlığa çəkmə niyyətindədir. Düşmən bu taktikilə AMH-ı içdən bölmək istəyir. Bəlli olası, fars şovinizmi özü də bunu bilir ki, keçmişlərdən daha anlamlı, dərin və ülküsəl Azərbaycan gəncliyi ilə qarşı-qarşıyadır. Düşmən qarşılıqlı yollar axtarışında, bütün var olan və var sayılan yolları dənəməkdəndir. 100-illik Azərbaycan olaylarında yaşayan kəsik tərəfi yenidən yaratmaq çabasında olan tülkü düşmən, hər çabadan öncə AMH-nın milli ideolojisini bölmək istəyir. Panfarsizm AMH-nın gəncləşmış bir hərəkat olduğunu dəyərləndirərək, onu avantoraya çəkmək arzusundadır. Düşmən bu qonuya böyük üstünlük verməklə dərinləşməkdə olan bu selin qarşısını kəsmək umidindədir.
Panfarsistlər məşrutədən üzübəri təcrübə etdiyi və bu təcrübədən olduqca yararlı çıxdıqlarını bir daha sınamaq çabasındadırlar. Düşmən haqlı olaraq, bütün solu, sağı, dinçisi, millisi, pozisiyonu və opozisiyonuyla Azərbaycan Türklüyünün Millət olması qarşısını almaqdadır. Düşmənin ən önəmli taktiki AMH-ı yalnız gündəlik şüarlara çəkməkdir. Belə ki, AMH-ı milli strateji bağlardan qoparıb, yalnız siyasal çalarlarda saxlasın. İstəsək də, istəməsək də, milli ideyasını (bütövlük və türklük) unudan, yalnız gündəlik siyasətlərlə uğraşan keçmişlərimizin farslar üçün gətirdiyi dadlı, türklər üçün acı xatirəsi göz qabağındadır. Çox qəribədir ki, özlərini modern milliyətçi və türkçü adlandıranlar atalarımızın yolunu qınamaqla yanaşı, haman yalnışlıqları davam etməkdədirlər. Çağdaş inhisarçılarımız, sonu Tehrana bağlanan yolçuluqla irəliləməkdədirlər.
Bu məqalə iddiya etdiyi çalarları açmaqla yanaşı, onun çıxış yollarını da axtarmağa çalışacaqdır. Məqalə bir araşdırma çabasıdır. Yazar, bu məqalədə öz düşüncələrini ortaya qoyur. Yazının hədəfi kimsə və ya hansısa qurum deyildır. Yazıda gənəl olaraq AMH-ı qarşısını tutan ülkü (ideoloji) azqınlığı və ülkü çaları hədəf alınıbdır. Doğal olaraq milli ruhdan qıdalanan bütövlük sevdası yazının başa-başında gözə çarpacaqdır. Başqa anlamda Azərbaycan Mərkəzli Türk Düşüncə sistemi yazının gənəl baxış açısıdır. Bir millətçi olaraq, bu yolu Azərbaycanın Millətləşməsi üçün ən gərəkli və vaz keçirilməz yol sayıram.
Bu yoldan bilə-bilə cayanları və öz yalnışlıqları üzərində israrla dayananları, adından, sanından, əzizliyindən asılı olmayaraq Milli Ülkümüzdən azanlar kimi dəyərləndirirəm. Hər hansı toplamda, millət hüzüründa, ikili və ya neçəli dəyirmi masada qarşı düşüncənin Azərbaycana gətirəcək fəlakətinin detallarını açmaqda özümü borclu hesab edirəm. Yazıya qarşı ədəbsəl və bilimsəl tənqidləri yanıtsız buraxmamaya çalışacağam. Alçadıcı, ər meydənı dışı davranışları kəsinliklə yanıtsız buraxacağam. Bilirəm ki, bu yolda beş-on soydaşın qəzəbinə uğraya bilərəm, amma kəsinliklə AMH-nın böyük kəsiminin ürək sözünü ortaya qoyduğum üçün, ulu millətimdən utanmayacağam. Məqalə uzun olduğu səbəbdən bölmə halına gəlmış və hər bölmə bir ideolojik çalar üzərinə yüklənməkdədir. Umaram gənc düşünür, AMH fəalları və gənəl külə oxucusu üçün yararlı olsun.
Ardı
var.
Sayqılı
oxucu! 2-ci bölməni Azərbaycan
Türk Milləti anlamına qarşın anti milli terminlər!
adıyla 3-gün sonra oxuya bilərsiniz.
Eldar Qaradağlı