Azərbaycan Milli
Hərəkatında
Bir addım irəli,
İki addım geri!
4-cü Bölüm
Xətalı Güney Azərbaycan
Türk Milləti
termini
Qanunsal açıdan!

Eldar Qaradağli
Təbrizdən olan bir dost belə yazır: Eldar
bəy, siz özünüz Bakıda olan zaman öndərimiz Elçibəyin
yanında olmusunuz. Siz bunu dana bilməsiniz ki, Bəy özündən
sonra Çehrəqanlı bəyi Bütöv Azərbaycanın lideri
sanırdı. Nə olub ki, Avrupaya çəkdiyiniz
Çehrəqanlı bugün gözünüzdən düşübdür. Eşitdiyimə
görə, GAMOH-un yaranmasında sizin böyük rolunuz olubdur. Olmaya
istədiyiniz payı GAMOH-dan alamadığınız üçün
Dr.Çehrəqanlıdan intiqam almaq istəyirsiniz!!! Yazının
ilgi çəkməsilə bağlı çox sevindiyimi dilə
gətirməliyəm. Eziz soydaşların çeşidli
yanıtları məni daha da işlək olmağa
çağırır. Yanıtların bir çoxu oxucuların
məmnun olduqlarını yanıtlarkən, bəzi
yazıların yalnız söyüş olması üzücülük yaradır.
Bəzi yanıtlar qınaq mahiyyəti daşısa da,
əxlaq qaydalarını qoruyur. Onların biri yuxarıda
sadalanmış sətirlərdir. Bu sətirləri yazan eziz
bir bacıdır. Belə yanıtlardan məmnunluq
duyğularımı gizləmək mümkun deyildir. Bu üzdən
bacımızın tənqidinə qıssa yanıt verməyi
özümə borc sanıram:
a)
1997-1999-adək Bəyin Güneylə
bağlı ən yaxınlarından birisi olmuşam. Bu
müddət Çehrəqanlı bəyin lider olmasıyla
bağlı ifadəni Bəyin ağızından
eşidməmişəm. Ancaq, Bəyin Güneydən çıxacaq
Bütöv Azərbaycan liderlərinin Güneydən olma arzusunu bol-bol
eşidmişəm. Bəyin ən böyük ideyası Bütövlük
olmuşdur. Bəy, Çehrəqanlı bəyə böyük ümid
bəsləmişdir. Bəlkə Bəy yaşasaydı,
Çehrəqanlı bəy muəlimsiz qalmaz idi. Nə yazıq ki,
Bəy çox ərkən dünyasını dəyişdi. Kaşki,
bir kərə olsun Çehrəqanlı bəy, Elçibəylə
Görüşmək fürsəti bulsaydı. Bunlara baxmayaraq Liderlik
geniş ölçü (kapasidə) tələb edir. Bugün bəlli
olduğu kimi sayın Dr Çehrəqanlı, Elçibəyin qoyduğu
Bütöv Azərbaycan Türk Milləti şüarına
qarşı, tam bölücülüyə qulluq edən Güney Azərbaycan
Türk Milləti ifadəsini qullanmaqdadır.
b)
Çehrəqanlı bəyin avrupaya
gəlməsində böyük payım olubdu. Bugün Çehrəqanlı
bəyin yanında olanların heç birisinin onun dışarıya
gəlməsində rolu olmamışdır. Sizcə
səbəb nədir? Millətmi dəyişdik, Yoxsa dr.
bəy!?
c)
GAMOH-un iç qolunun deyil, dış qolunun
yaranmasında böyük rolum olmuşdur. Mənim
tanıdığım GAMOH şərtsiz-qeydsiz
İstiqlalçı, Bütövçü və ülkücü idi. Mənim Federalçı
GAMOH-da nə işim ola bilər ki!?
d)
GAMOH-da olduğum günlər, quruluşun bütün
siyasi yönünü idarə edirdim. Bildirişlər durmaqdadır.
Mən olan GAMOH-un bütün bildirişləri İstiqlaldan və
Bütövlükdən yana idi. Mənim bundan artıq istəyim nə
ola bilərdi ki!? Dr. bəylə son 4 saatlıq görüşümüzüz
mahiyyəti bundan ibarət idi: Dr. Çehrəqanlı bəy
məndən Federalızmə meydan verməyi istəyirdi,
Mən isə qalmaq şərtimi Dr. bəyin dilindən və
diləyindən İstiqlal bağırtısına
bağlamışdım. Mənimlə birlikdə 10-lar
İstiqlalçının GAMOH-dan çıxma nədəni belə
olmuşdur.
4-cü bölüm:
Dünyada az görünən bir gərçək də bu
ki, bəzi məğlub etniklər hegomonluğuna düşən
qalib etnik-dövlətlərin qat-qat üstündə dayanırlar. Sözsüz
ki, o etniklərin biri və ən başda gedəni isə 50
milyonluq Azərbaycan Türk Millətinin 35 milyonluq Güney
bölməsidir. Azərbaycanın Güneyi bütünlüklə İran
Adlanan fars dövlətçilik qanunlarına tabe kəsilmişdir. Bu
durumun sona çatması üçün sınır içi və sınır
dışı çabaların gündən-günə artmasına
tanıq (şahid) olmaqdayıq. Güney Azərbaycanın
milli-qurtuluşu hər gün geçdikncə, daha da dünya
gündəminə gəlir. AMH-nin dərinləşməsi
ilə ölkənin azaldıq yolları da çeşidli
genişliyə varmaqdadır. Güneyin milli qurtuluşu ilə
bağlı çeşidli quruluşlar yaranır, yeni-yeni iddialar
irəli sürülür. Var olan quruluşlar çalxalanır, stratejik və
taktik fərqlikləri qabarır. Hər quruluş öz qurup içi
kurallarını AMH-ə aşılamaq diləyilə, etgin
olmaq istəyir. Bunlar olduqca doğal qarşılanmalıdır.
Bu bir haqdır. Bu haqqı heç quruluşdan uzaqlaşdırmaq
olmaz! Hər quruluş özünü AMH-nin içində görmək üçün onun
üzərində etgin olmasını da sağlır. Bu üzdən
isə AMH qurumlar içində çalxışmaya nədən olan
didişmələrdən öz payını alır. Belə ki, AMH-nin
Axlaqsal Qanunu zaman-zaman öz doğrultusunda yürüyür. Burada belə bir
soru ola bilər ki, nədən AMH-nin qanunları hüquqsal deyil,
əxlaqsal olmalıdır!? Çünki, AMH-nin hazırkı durumu
qanunsal güc tətbiğinə dayanmayır. AMH-nin əldə
edəcək qanun çərçivəsi könüllü və milli vicdana
dayalı sağlamlıq ölçüsüdür. Başqa türlü də ola
bilməz. Bu üzdən AMH tərəfindən ortaya qoyulacaq hər
hansı qanun təməli, hüquqsal deyil, ülküsəl əxlaq
sayılır. AMH-də qanun gücünün nə zaman uyqulanması,
onun toparlanma gücünə bağlıdır. AMH hər aşamada
bir özəlliyi yaxalamaqla, güc uyqulamasını daha da
artırır. Bəlkə, bu çox da gözə gəlməsin.
Ancaq, kəsinliklə belədir. AMH-nin güc tətbiği
zamanı isə bu kəsinliyin xızına
bağlıdır. Başqa sözlə, Güney Dövlətçiliyinin gərçək
sürəcə girməsilə AMH-nin də güc uyqulaması
qanunsallığını sağlayacaqdır. Bu
aşamanın kəsin olmasına baxmayaraq, nə zaman
olacağına indidən yanıt vermək olmaz. Ancaq onun
yetişməsində ulusal quruluşların olduqca önəmli
olmasını unutmamalıyıq. Elə buna görə, bu ulusal
proyektdə ortaqlıq edən milli quruluşların
başlıca vəzifəsi bəlli biçim içində özlərini
tanıtdırmaqdır. Hərgah bu gənəl tanıtım
doğma və sorumsuz ortamda olarsa, AMH-nin tez bir zamanda Güc
Mərkəzinə dönməsi sağlama alınabilər. Sözsüz
ki, bu ortaqlıqda tolerantlıq, xoşgörülük,
qarşılıqlı sayqı, dözümlülük və ən
başda vahid hədəf hakim olarsa, gedişin kəsinləşməsi
qarantıya alınacaqdır. Tərsinə, ortaya qonacaq
hər hansı inamsızlıq, inhisarçılıq, üstünçülük,
dəyişik baxış açısı böyük olçudə uçurumlara
nədən olacaq irəliyə addımlamaqdansa geriyə dönüş amilinə
çevriləcəkdir. Bu üzdən AMH- ilə bağlı olan bütün
quruplar könüllü olaraq aşırı qurupçuluqdan uzaqlaşmalı,
milyonluq hərəkatın içində yoğranmalıdırlar.
AMH-nin istiqlalçı və bütövçü axarını çeşidli
əngəllər qarşısında qoymaq, gecəqondu
terminlərlə kütləni bəlirsiz duruma
sürükləndirmək, bugün bir əxlaqsal xəta sayılsa,
yarının güclü və tabanlı bir aşamada ulusa
qarşı bağışlanmaz suç işi kimi
dəyərləndiriləcəkdir. Nə yazıq ki, bu qonuda
da örnəyim yenə GAMOH olacaqdır. Bu quruluş, Güney boyda
milli-azadlıq meydanına kölgə salmaq arzusuyla,
əslində bir neçə kişinin ehtiraslı niyyətini,
qurup adı altında qeyri rəsmi qanun aşamasına
qaldırmaq amacındadırlar. Onlar, hakimi olmayan bir
millətə dövlətçilik fiqoru tuturlar. Dövlət kimi
millət adından danışır, millət adından imza
atır, millətə simgə yaradır, Millətə ad
qoyur, millətə müqəddərat təyin edirlər. Son UNPO
görüşündə sayın Dr. Çehrəqanlının Güney
adından atdığı imza, sərgilədiyi bayraq, verdiyi
ölçüsüz bilgilər ap-aydın bir özbaşınalıq
örnəyidir. Başqa yandan isə, orada verilən bilgilər
gələcəkdə AMH-i olumsuz bir qanun çalarnda məhsur
edə bilər. UNPO-da verilən duyğusal bilgilərin
gələcəkdə AMH əleyhinə işlənilmə
ehtimalı GAMOH tərəfindən atılan qanunsuz
addımlardan birisidir. Bu üzdən yeni bilgiləndirmə
çabalarının gərəkli olması qaçırılmaz
görünür.
Bölüm sonucu:
Öncə də qeydə alındığı
kimi bu yazının amacı AMH-də olan aydın və gizli
xətaları önə çəkməkdir. Hədəf AMH-i
qarşıdan gələn bəlalardan qorumaqdır. Bu yolda
kimsənin göz yaşından etgilənəcək
haqqımız yoxdur. Xətalar özbaşına yaranmır.
Xəta yaradanlar səmimidirlərsə xətalarını
qəbul etməlidirlər. Səmimi dəyillərsə
AMH-nin öncə nəsiyyəti, sonra isə öfkəsinə
tuş gələcəklərindən əmin
olmalıdırlar. Güneyin son qalxışması AMH-nin tam bir
qurtuluşçu və istiqlalçı hərəkat olmasını
qanıtladı. Bu durumun dərinləşməsi ilə özünü
AMH içində görən quruluşlar üçün iki yol seçənəyi
görünür:
a)
Ya İran adlanan dövlətin bizə aid olmayan
hüquq qanunlarının içində qalmağı və İranlıydıq,
İranlıyıq və İranlı qalacayıq
diyə İran Xalqları mübarizəsini seçib AMH-dən
təcrid olmağı qəbul etməliyiq.
b)
Və ya, İran adlanan bir
qondarmalığı tanımırıq, ən böyük
qayəmiz şərtsiz və qeydsiz Güney Azərbaycan Türk
Cümhuriyyətidir. diyə millət cərgəsində
etginləşməliyik.
Burada Əxlaqsal Qanun ortaya gəlir.
Dedik ki, rəsmi qanun dövlətlərə aiddir. Qeri rəsmi
qanunlarlar isə qeri dövlət orqanlarla idarə olunur. Mafiya,
Törə, Əşirət, Din qanunları kimi bir çox əxlaqsal
qanunlar gənəllikdə dövlət qanununu rədd edən
qanunsuzluqdur. AMH, bir Qurtuluş Hərəkatına çevrilmək
üçün özünün əxalaqsal qanununu yaratmalı və onun təməl
özülünü ortaya qoymalıdır. AMH yalnız bu yolla Güney
Azərbaycan Milli Hərəkatını ideolojik çalarlardan
qurtara biləcəkdir. Burada belə sorğu ortaya gələ
bilər ki, AMH-nı adı sadalanan yasaq qanunlar üzərində
qurunan çətələrlə qarşılamaq olarmi? Yanıt
kəsinliklə yox deməkdir. Burada heç bir
qarşılaşdırmadan söz gedə bilməz. AMH yalnız
öz inanc və ülküləri üzərində dayanan milli qurtuluş hərəkatıdır.
Bu hərəkat öz təməli üzərində dayanmaq üçün
İran qanunları çəmbərindən azad olmalı və
özəl qanunlarını qurmalıdır. Bu seçənək
gərək arzu olunan ən demokratik şərtlər
içində, gərəkirsə ən yaramaz durumlarda
dəyişməzliyini qorumalıdır. Çox sevindirici
haldır ki, AMH son illərdə belə bir aşamaya ayaq
qoyubdur. Babək qurultaylarında, anma törənlərində,
Xurdad (May) qalxışında, Küçə və Fotbal
göstərilərində vb.larda panfaşist düşmənə
qarşı içdən gələn ən millətçi və
ülküsəl şüarların səslənilməsilə
yanaşı rejimin divan tutması AMH-nın
İrançılıqdan tam azad olması sürəcinin
yetişməsinin ap-aydın görüntüsüdür. Sözsüz ki, AMH-nin
əxlaqsal qanuna yiyələnməsi qıssa zaman içində
olmayacaqdır. Hətta bu yolda ağır
həzinələrin verilməsi də göz önünə
alınmalıdır. AMH bu yolda asi və sərkeş quruluşlarla
üz bə göz olmağı da unutmamalıdır. GAMOH rəhbərliyi
tərəfindən ortaya fırlamış təpədən
dırnağa Millətaltı Güney Azərbaycan Türk
Milləti-nin bölücülük bir cəhd olması, nə qədər
bizim üçün acıdırsa, panfarsizə görə dadlı
görünəcəkdir. Pan farsizm Güneyi quzeydən və
Türkiyyədən uzaqlaşdırmaq üçün AMH içində ideolojik
çalarlar yaradacaqdır. GAMOH rəhbərliyi
tərəfindən münhərif terminlərin ortaya qoyulması
panfarsist teoriçilərinin arzu etdikləri ən verimli dünya
görüşüdür. Fars çovinizminə görə, təki Güneyin yönünü
Tehrana çevirmək gərəkir, qalanı qolaydı. Hətta gərəkirsə Güneyi
təkləmək üçün GAMOH-un fəlakət yağdıran
özbaşına şüarları da, rejim tərəfindən
təkraralana bilər! Hər nə olarsa GAMOH-un Güneyi iran
içində qapatmaq siyasətilə, panfaşist rejimin siyasəti
üst-üstə gəlməkdədir. Sayın Dr. Çehrəqanlı belə
siyasətin sonunu düşünürmu heç!? İslam inqilabından bir il
sonra bir jurnalist Xümeynidən soruşdu ki: İmamın
Münafiqlərə (Mücahidlərə) görə nəzəri
nədir Xümeyni belə yanıtladı: Nə
deyirlər desinlər, təki 17 rəkət namazlarından
əl çəkməsinlər!!!
5-ci bölüm Millət anlayışında
xətalı baxış!
Eldar Qaradağlı