Azərbaycan Milli Hərəkatında

Bir Addım İrəli, İki Addım Geri!

 

2-ci bölüm:“Azərbaycan Türk Milləti” anlayışına

qarşı yalnış terminlər!

EldarQaradağlı                          

 

...Gözlənilməz olayların üz verməsi, inanılmaz tobloların yaranmasına da səbəb ola bilər. Uzaq bir ehtimala görə, Azərbaycanın Güneyində bütövlüyü içinə alamayan azad və bağımsız bir kiçik dövlət yarana bilər. Belə olarsa, Azərbaycan indiki quzey, güney durumu daha fərqili olaraq azad quzey, azad güney və əsir güney durumuna dönəckdir. Görəsən Azərbaycan Türk Milləti də Quzey Azərbaycan Türk Milləti, Azad Güney Azərbaycan Türk Milləti və Əsir Güney Azərbaycan Türk Millətinə çevriləcəkdir!?...

 

 

Millətin siyasal anlamının nə zaman yaranması, nə zaman gənəl anlama çevrilməsi tam-tamına bəlli deyildir. Avrupa yazarlarına görə, kültürəl və sonra siyasal Renesansın yaranmasından doğan imperaturluq sistemlərinin çökməsinin ən doğal törənişi millət -dövlət çağı olmuşdur. Bu çağdaş Avrpa düşünürlərinə görə, elə həmin başlanqıcı millətləşmə çağı kimi qəbul etmək olar. Sözsüz ki, tarix boyu imperaturluqlar çənbərində idarə olunmuş Avrupalı kiçik toplumların qissa sürədə dövlət çatına yetişməsini bir təməl kimi qəbul etsək, millətləşmə qonusunda baxış açımız, istər-istəməz Avrupa bilgisinə dayanacaq və oranın düşüncə sisteminə çevriləcəkdir. Amma 7-min illik tarixsəl varlıq iddiasına dayanan halda, millət və dövlət anlayışının daha dərinliyini və özümüzün bu dərinlik içində olduğunu görə biləcəyik.

Qıssaca, iki yol ayrımındayıq:

a) ya iddialarımıza söykənərək Ulusal-Siyasal (Milli-Siyasi) ülküləri doğru dəyərləndirməli və doğrudan o yolda irəliləməliyik.

b) ya tarixsəl iddialarımızı söküb ataraq, millətimizin taleyini dünya güclərinin əlinə verməklə, dünyanın siyasal axarına göz dikəcəyik.*

Burada hər hansı seçənəyi seşməkdən öncə, sadəcə 18,19-cü yüzilliklərin olaylarına göz atmağımız yaxşı ola bilər. 18-ci yüzillikdən 19-cü əsrə keçən sürəcdə Avrupada yerləşən kiçik toplumların dövlət halına gəlməsi ilə yanaşı, Asiyada, özəlliklə Ortadoğu, Önasiya və Ortasiyada bağımsız dövlət, millət və toplumlar gənəl alanda əsarət çənbərinə düşürlər. Bu millətlərdən biri də Türk Millətidir. Həmin illərdə dil, el, torpaq vəhdətində olan tayfa və sülalə türklər darma-dağın ulur və millətaltı toplum çöküşünə uğrayırlar. Türk milləti təməl kimlik anlayışını min illərdən qazandığı üçün tam əriməyir, amma böyük darba görur. Çeşitli özgə dövlət və kültür əsarətinə düşən ulu türk milləti, zaman keçərində soy, dil, din, tarix, gələnək asimiliyasıya nədənilə keçmişindən qopma təhlükəsi ilə qarşı-qarşıya qalır. Həmin olayların sonucu olaraq ortaya gələn Tatar, Qazaq, Türkmən, Türkman, Qırqız, Üzbək, Azərbaycan, Türkiyə vb. kimi milli-siyasi anlayışlara meydana gəlir. Buna baxmayaraq tayfa və el birliklərinin xalq istatisi qazanmasının kökündə türklük təməli o xalqlara Ulusal (Milli) kimlik mahiyyəti bağışlayır. Örnək olaraq Qazaqlardan danışanda onların milli kimliklərində türklük görünür. Azərbaycandan danışanda onun kök kimliyində türklük dayanır. Habelə başqaları. Bu millətlərin içində bölünmüş duruma düşənlərdə vardır. Azərbaycan, Türkmənistan, Üzbətistan, Tataristan vb. Eyni Soy və torpaq adı daşıyan bu millətlər öz istəklərilə bölünməmişdirlər. Onları bulən milli düşmənlər olmuşdur. Demək, bölünmüş torpaqlar nə qədər də bölünsələr. Millət bölünmür və zaman-zaman başqa millət halına gəlmir. Millət anlayışı tarix sürəcində formalaşan vaz keçirilməz bir haqdır. İki Kariya (Kürə) dövləti az qala bir-birilə düşməndir. Amma ortada iki Kariya millətindən söz yoxdur. Hər iki rəqib dövlət özünü Bütöv və parçalanmaz Kariya millətinin gərçək dövləti sanır.

Hər kəsə bəlli olduğu kimi, Azərbaycan Türk Milləti və Güney Qafqazdan Zagrosadək çəkilən Azərbaycan Ölkəsi 28-illik Rus-Azərbaycan savaşları sonucunda basqıya alınmışdır. Belə ki, Ölkənin Arazdan yuxarısı ruslara və Türk Qacar dövlətinin çökməsilə Arazın güneyi farslara təslim edilmişdir. Göründüyü kimi, yüz minlər şəhid verən millətimiz, bütöv qalmaq üçün mücadilə vermiş, gücü tükənincə savaşmışdır. Ancaq düşmən çox güclü olduğuna görə bizi yenmiş və parçalamışdır. 165-il parçalanmadan sonra Millətimizin bir bölümü azad  dövlətimizi yenidən yaşatmağa can atmış və indi 17 ildir ki, Azərbaycan Türk Millətinin quzey bölümü dövlət istatusu qazanmışdır. Ancaq, bu quzeyin vahid bir millət olma anlamına gəlmir və gələ də bilməz! Çünki, tarixsəl türk torpağı olan Azərbaycanda az saylı xalqlarla birlikdə aparıcı etnos olan yalnız Bütöv və Bölünməz Azərbaycan Türk Milləti yaşamış, yaşayır və yaşayacaqdır! Gözlənilməz olayların üz verməsi, inanılmaz tobloların yaranmasına da səbəb ola bilər. Uzaq bir ehtimala görə, Azərbaycanın Güneyində bütövlüyü içinə alamayan azad və bağımsız bir kiçik dövlət yarana bilər. Belə olarsa, Azərbaycan indiki quzey, güney durumu daha fərqili olaraq azad quzey, azad güney və əsir güney durumuna dönəckdir. Görəsən Azərbaycan Türk Milləti də Quzey Azərbaycan Türk Milləti, Azad Güney Azərbaycan Türk Milləti və Əsir Güney Azərbaycan Türk Millətinə çevriləcəkdir!? Və ya başqa bir varyant olarsa “Güney Azərbaycanın Həmədan Türk Milləti” və ya “Güney Ərdəbil Azərbaycan Türk Milləti”mi doğulacaqdır!? Sizcə mahiyyətcə düşmən olan fars şovinizminin bölücülük düşüncəsilə, mahiyyətcə millətçi amma savadsız və dayaz olan “Güney Azərbaycan Türk Milləti” soluqanı yaradanların fərqi nədədir!?  

GAMOH rəhbərliyinin köksüz, təməlsiz və yalnız savadsızlıq və inhisarçılıq üzündən ortaya atdıqı “Güney Azərbaycan Türk Milləti” sözü, bu qurumun dərinlərə sürüklənməkdə olan Milli İdeolojik təslimçiliyin doğal sonucudur. GAMOH acı verə-verə ideolojik xətalarına xız verməkdədir. Kaşki, GAMOH rəhbərliyi gec olmadan qurup həvəslərini AMH xeyrinə bir kənara buraxıb Milli Hərəkatımızın axarına qovuşmuş olsun.Gələn yazıda GAMOH-un ortaya qondurduğu “Güney Azərbaycan Türk Milləti” termininin Azərbaycan türklüyünə vura biləcək zərbələri, Əxlaqsəl və Qanunsəl açılardan araşdıracağam. Umaram ulu millətimiz uçun xeyirli olsun.

 

*(Üçüncü yol, yəni varsayılan iki yolun birləşməsini də deyənlər vardır. Ancaq, bu yol, yoldan daha çox bir izahlandırmadır.)

 

3-cü bölümün ünvanı

“Güney Azərbaycan Türk Milləti”termini

Əxlaqsəl və Qanunsəl açıdan!

Eldar Qaradağlı