Azərbaycan Milli Hərəkatında

Bir addım irəli, İki addım geri!

 

3-cü Bölüm

Xətalı “Güney Azərbaycan Türk Milləti”

termini

Əxlaqsəl açıdan!

 

EldarQaradağli

 

 “Azərbaycan Türk Milləti” anlayışı, Azərbaycan üçün ən azı aşağıdakı üç milli kimlik anlayışını ortaya qoymaqdadır:

Azərbaycan, Qafqazdan Zagrosadək çəkilən bütöv torpaqdır. Qacar Türk (Azərbaycan) dövlətinin Ruslara yenilməsilə, bu torpaq düşmənlər arasında parçalansa da, üzərində yaşayan toplum, bircə vətən və bircə millət anlayışını qorumuş, düşmənlərin verdiyi qondarma milli kimliklər içində əriməmişdir.

Azərbaycan, Türk düşüncə sistemli millətdir. Sumerlərdən üzü bəri Zaqros, Qafqaz, Xəzər yaxası (sahil), Göycə, Van, Azaq, Urmu çevrələrində yayqın olaraq yaşayan Hurri, İskit (Saqa), Kamer (Qamər), Quti kimi saysız el birləşmələri və bəyliklər əski Türk dillilər olmuşdur. Fəsil boyu Ortasiyadan, Onasiya, Kiçikasiya, Ortadoğuya və tərsinə köçən bu kütlə axınlarının ortaq mərkəziyyəti dil birliyi və ya dil yaxınlığı olmuşdur. Bu üzdən zaman sürəcində Türk Düşüncə Sistemi oluşmuş və günümüzədək özünü qorumuşdur.

Azərbaycan Türk Milləti anlayışı torpaq və millət vəhdətini oluşduran tarixsəl varlıqdır. Son zamanlar Azərbaycanın dəyərli tarixçisi F. Ağasıoğlu türk soylu “Azər xalqı” nəzəriyyəsi ətrafında geniş çalışmalar aparmışdır. O, Saqa və Qamərlərlə kölgədaş olmuş Urmu - Xəzər yaxalarında yaşayan və böyük mədəniyyət qurmuş “Azər Xalqından” danışır. Pro. Zehtabi əski “Az qovmundan” diyərkən, adlım dilçi alim Pro. Seyidov Az-ər-bay-gan birləşməsinin bir millət olqusu olduğunu ortaya qoyur. Bunlara yüklənilə bilər yüzlər örnəkdən başqa, Azərbaycan sözünün Rom -  Yunan varyantıları olan AzərbayganonAtrepaten adlarının M.Ö. ikinci yüzillikdə yayqınca yayılması və Makedoniyalı İskəndərlə dostluq müqaviləsi bağlaması, ölkənin çox böyük və güclü dövlət sahibi olmasını göstərməkdədir. Rus alimi Diakonov* isə M. Ö. 9, 7-ci illərdə yaşayan bugünki Azərbaycan və Kürdüstan əhalisinin quti və lulubi dilli olduğunu yazır. O, bugünkü Tehran və İsfəhanda danışılan dili irandili adlandırır. Göründüyü kimi bütün tərəfsiz və bilimsəl araşdırmalar, Azərbaycan və Türk sözlərinin doğal birliyinin danılmazlığını ortaya qoyur, Azərbaycanın bütöv və Türk yaşam sistemi içində olduğunun altını çızır.

 

GAMOH öz iddialarına görə, bir bütövçü, türkçü və millətçi quruluşdur. Ancaq son zamanlarda ortaya qoyduğu “Güney Azərbaycan Türk Milləti” terminilə bütün iddialarına qarşı durmaqdadır. Sözdə və niyyətdə daban-dabana zidd olan bu qonuya Əxlaqsəl və Qanunsəl açıdan qissa göz ataq.    

     

     GAMOH-ın Xətalarına Əxlaqsəl Baxımdan qissa bir baxış:

a)      Güneydə üzək halə gəlməkdə olan meydan hərəkatı, özəlliklə Xurdad 1385 (May 2006) gənəl qalxışma və İsfənd 1385 (Fevral 2007) Təbriz göstərisi milyonlar insanımızın arzusu olan Bütövlük haqqında verilən şüarlara dünya tanıq oldu: Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun! Azərbaycan bütövdür, bölüməz!, Ya Qarabağ, ya ölüm!, Qarabağda qan axır, Təbrizim gendən baxır!, vb. Bu şüarların hər biri yön bəlirləndirən ideolojik və stratejik şüarlardır. Milyonlar insanımızın ortaq düşüncəsi olan bu şüarların təkcə baxış mərkəzi isə BÜTÖVLÜK ruhudur.

b)       

Şəhriyarın:         “Sən kimi qardaş öz qarındaşını

                              Atmayıb, özgə kimsə dutmayacaq.

                              Qoca Təbriz də yüz min il keçsə,

                              Bakı qardaşların unutmayacaq”,

 

Bəxtiyarın          “Ağalar bilmədi birdir bu torpaq,

                           Təbriz də, Bakı da Azərbaycandır.

                           Bir elin ruhunu, dilini ancaq,

                           Kağızlar üstündə bölmək asandır”,

 

S. Vurğunun isə  “Cəllad Söylə sənmi xor baxırsan mənim şeir dilimə?

                              Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!

                              Sənmi (türkəxər) deyirsən ulusuma, elimə?

                              Dahilərə süt vermişdir Azərbaycan gözəli...

                              Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli! yürək çırpıntıları milyonlar  düşünür, yazar, şairimizin qələmindən axan birlik və bütövlük arzusudur.

 

c)   Ə.Elçibəyin düşüncəsinin təməl üçlüyü olan Bütövləşmə, Millətləşmə, Dövlətləşmə devizi ap-aydın bir millətin yenidən böyüməsinin əsasını göstərməkdədir. Buna əlavə olaraq “Dildə, Düşüncədə, İşdə Birlik”* və Azərbaycana özəl olaraq Torpaqda Birlik” birləşmələri Güneyli-Quzeyli milyonlar gəncmizin düşüncə tərzini biçimləmiş, ona forma vermiş və düşüncə sistemi kimi tanıqlanmasına şərayit yaratmışdır.

 

d)  İran Mərkəzli Fars Düşüncə Sistemi, Panfarsizmin siyasi fəlsəfəsini oluşduran düzənli, formalaşmış və dövlətləşmiş bir sistemdir. Bu sistem təkcə İran adlanan dövlət içində yaşayan başqa etnikləri Farslaşdırmaqla deyil, daha geniş miqyaslı bölgə siyasəti yürütmaqla uğraşmaqdadır. Bu sistem Əfğanistanda, Tacikistanda olan 10 milyonluq dəri və əfğan dilliləri və İranda yaşayan 20 milyonluq fars dillilərin vahid, qopulmaz və bütöv millət olmasını önə çəkir. Sistem daha da irəli gedərək, bu üç dövlət çəmbəri altında yaşayan bütün millətləri fars tanıtdırmaqla qondarma və saxta bir 100 milyonluq fars tablosu ortaya qoyur. Bu haqda milyonlar dolar para xərc edir. Buna olumlu şərait yaratmaq üçün qeri fars millət və xalqları vəhşicə assimilasiya edir. Onları, özünün siyasi fəlsəfəsi içində yoğramağa çalışır. GAMOH isə əzəldən bütöv və bölünməz millətimizi bir gecədə Güney və Quzey Millətlərinə bölür!!!

e)  Azərbaycan Mərkəzli Türk Düşüncə Sistemi (AMTDS)-də Azərbaycan Türklüyünün panfarsiz siyasi fəlsəfəsi qarşısında ən dərin və ideolojik qoruma sistemidir. Bu doğma sistem sosiyal və siyasal düşüncəsindən asılı olmayaraq bütün Azərbaycan türklərini içərən bir gənəl milli ideya axarıdır. Necə ki, Fars düşüncə sistemi dünya görüşündən və sosiyal açısından fərqli olmayaraq bütün farsları içərir. AMTDS- də bunu bacarmalı və Azərbaycan üçün düşünən türk insanını öz içinə almalıdır. Ən önəmlisi budur ki, AMTDS Azərbaycan Türk Millətini bütövləşdirir, onun yönünü bəlli edir. Və daha da önəmlisi, bu sistem, qondarma İran Yaylası (İran Fəlatı) anlayışı qarşısında  Bütöv Azərbaycan Yaylası anlayışını sərgilir. Azərbaycanı bütün qonşu torpaqlardan ayırmaqla, qonşu torpaqlara da eyniyyət verir. GAMOH ortaya dıvırlatdığı Güney Azərbaycan Türk Milləti terminilə sadalanmış bu gərçəyi də böyük sorğu altına çəkir!

 

f)  GAMOH başçıları Azərbaycanı iki millətə bölməklə, tam-tamına panfarsisit nəzəriyysi olan Azərbaycan və Aran (Alban) –ı təsdiq edir. Panfarsisiz nəzəriyyəsinə görə, bügünki Quzey Azərbaycanın Güney Azərbaycanla heç ortaqlığı yoxdur. Orası Arandır və Burası Azərbaycan! GAMOH isə yeni tapıntısına görə deyir: Burası “Güney Azərbaycan Türk Milləti –dir və Orası “Quzey Azərbaycan Türk Milləti”!! GAMOH liderliyi bu gedişilə biraz keçmədən Azərbaycan – Aran fərqiliyini də qəbul edəcək duruma duşəçək siqnallarını verməkdədir.

 

 

AMH-da fəal olan dilçi kəsimdən tutmuş ən millətçi və istiqlalçı kəsimədək Azərbaycanın parçalanmasına və bu durumun bi gün sona çatmasına inanaraq, güneyi və quzeyi bir-birindən ayırmirlar. Onların arasında olan Milli İdeoloji (ülkü), Milli Strateji və Milli Taktiklərə baxmayaraq, bir millətdən, yalnız bir millətdən yəni Azərbaycan Türk Millətindən olduqlarını aydıncasına deyir və üzərində dayanırlar. GAMOH rəhbərliyi ortaya qoyduğu millət içi ayrı-seçgilik şüarilə yalnız ən aşağı milli kəsim durumuna deyil, həm də bütünlüklə AMH-nın qarşısında durur.

 

* (Mada Tarixi, farsca, Diakonov, s 146 ).

 

Əziz oxucu keçən bölümlərdə də qeyd etdiyim kimi bu məqalə kimsənin və ya hansısa quruluşun qarşısını kəsmək üçün yazılmayır. Sadəcə hamımızın milli vicdanımız olan Milli-Qurtuluş yolumuzun doğrudan doğruya getməsilə bağlı yazılır. Mən də milyonlar insanımız kimi yalnız və yalnız Güneyimizin şərtsiz istiqlalına, millət və torpağımızın birliyinə düşünürəm. Millətimizin bir milli düşünürü kimi AMH-nın yolunda əngəl olan bütün gözə görünər və görünməz yalnışlıqları, inhisarçılıqları açıb-aydınlaşdırmağı özümün vaz keçirilməz milli borcum sanıram.  

4-cü Bölüm: Xətalı “Güney Azərbaycan Türk Milləti”temini­ Qanunsəl açıdan!

                                                                       

 

      EldarQaradağlı