Şok xəbər: Davudoğlu əlini masaya çırparaq Klintonun üstünə qışqırıb

23 Temmuz 2010, 10:44 Altunay
ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Klintonla görüşən Davudoğlu danışıqlar zamanı çox əsəbiləşərək dəfələrlə əlini masaya çırpıb və Klintonun üstünə qışqırıb. İngiltərənin nüfuzlu “Financial Times” qəzeti Türkiyə ilə bağlı təhlilində inanılmaz iddia irəli sürüb. Qəzet Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun 14 iyunda Vaşinqona etdiyi səfərin pərdə arxası məqamlarına toxunub və iddia edib ki, Davudoğlu qapalı görüşlərdən birində amerikalı həmkarı Hillari Klintonun üstünə qışqırıb.


Qəzetin yazdığına görə, İsrailin Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə hücumundan sonra gəmidə saxlanılanların Türkiyəyə təhvil verilməsi üçün ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Klintonla görüşən Davudoğlu danışıqlar zamanı “çox əsəbiləşərək dəfələrlə əlini masaya çırpıb və Klintonun üstünə qışqırıb”.
Davudoğlu “Financial Times”ın bununla bağlı sualına şərh verməyib. Türkiyə XİN başçısı yalnız bunları deyib: “Heç bir ölkə qanundan üstün olamamalıdır”.

www.gunaz.tv