NATO-nun ikinci adamı türk oldu

NATO baş katibinin müavini vəzifəsinə türkiyəli diplomat Hüseyn Diriöz təyin edilib.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, bununla da alyansın baş katibi Anders Foq Rasmussen müdafiə və planlaşdırmaya məsul müavini vəzifəsinin Türkiyəni namizədinə veriləcəyinə dair vədinə əməl edib.


Qeyd edək ki, keçən il Türkiyə Anders Foq Rasmussenin NATO-nun baş katibi seçilməsinə qarşı çıxmış, daha sonra isə bəzi şərtlərlə bu etirazını geri çəkmişdi. Hələ o zaman baş katibin müavinlərindən birinin türk olması şərtinin də Ankaranın tələbləri sırasında yer aldığı açıqlanmışdı.                                    http://www.lent.az/news.php?id=34811