Ermənistan müdafiə naziri İrana gedir
Ermənistan müdafiə naziri Seyran Ohanyan 17-18 iyul tarixində İrana səfər edəcək.
Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, səfər onun iranlı həmkarının dəvətilə baş tutacaq.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir İrana səfər zamanı iranlı həmkarı, eləcə də ölkənin hərbi-siyasi rəhbərliyi ilə görüş keçirəcək.
LENT.AZ
