İRAN SƏRHƏDLƏRİMİZƏ QOŞUN YIĞIR

….

İranın Azərbaycan sərhədlərinə intensiv şəkildə qoşun cəmləşdirməkdə olduğu barədə məlumatlarla bağlı Dövlət Sərhəd Xidmətinin rəyini öyrənməyə çalışdıq. Bu strukturda məsələ ilə tanışlıqdan sonra bildirdilər ki, istənilən mövzu ilə bağlı mətbuatdan suallar faksla yazılı şəkildə qəbul edilir və rəhbərliyə çatdırılır. Cavab isə yalnız bundan sonra verilir. Bu üzdən günün sonunadək DSX-dən rəy almaq mümkün olmadı. ABŞ-ın Bakıdakı səfirliyinin mətbuat katibi Kis Bin isə qəzetimizə açıqlamasında bildirdi ki, Birləşmiş Ştatların Azərbaycan ərazisində hərbi qüvvə yerləşdirməsi və İrana hücuma hazırlaşması barədə məlumatlar “tam əsassızdır”: “ABŞ BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi sanksiyaların həyata keçirilməsi strategiyasını davam etdirir və məsələnin diplomatik yolla həll edilməsi hələ gündəmdədir”.>>>